Respublikaçı senator Lindsi Qrem Senatın “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
"Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Tramp ilə görüşdüm, Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə və Ermənistan birlikdə bu problemi həll edə bilərlər”, -deyə senator bildirib.
Trampın yaxın müttəfiqi hesab olunan Qrem əlavə edib ki, senatorlar tarixi yenidən yazmalı deyil.