Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.
Eurasia Diary pravda.az-a istinadən xəbər verir ki, o, günorta saatlarında həbs yerindən çıxıb.
Xatırladaq ki, T.Yaqublu Milli Şuranın oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış mitinqdən sonra saxlanılaraq 30 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.