Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? Üç DEPUTAT

Siyasət 18:07 18.11.2019

Ermənistan hakimiyyəti sülh mesajları ilə çıxış etsə də, reallıqda işğal altındakı Qarabağ torplaqlarında süni məskunlaşdırma və infrastrukturun yaradılması prosesinə fasilə verilmir.

Azərbaycanın işğal altındakı torpaqlarında hətta Yaxın Şərq regionundan belə kütləvi şəkildə erməni köçürüb yerləşdirən rəsmi İrəvan və Qarabağdakı qondarma rejim bu ərazilərə Ermənistandan yol da çəkdirir.

Bəs görəsən, Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri Qarabağda qanusuz erməni məskunlaşdırılması və bunun qarşısının alınması ilə bağlı məsələ qaldırıblarmı?

Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, son iclasda toxunulmasa da, zaman-zaman bu məsələ qurumun iclasında qaldırılıb:

“NATO PA-da həmişə bir fikir səsləndirilir ki, bu problemlə ATƏT məşğuldur, biz isə ATƏT-in bu missiyasını NATO olaraq dəstəkləyirik. Ona görə də onlar hər hansı məsələyə münasibət bildirməkdən, bu məsələni müzakirə etməkdən imtina edir. Yəni NATO PA-nın yanaşması belədir. NATO-nun dövlət başçılarının sammitində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Amma NATO özü də bu məsələylə məşğul olmaqdan imtina edir ki, məsələylə ATƏT məşğul olur”.

ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Fazil Mustafa bildirib ki, bunun qarşısını sadəcə Qarabağda məskunlaşan və məskunlaşdırılan erməniləri vurub çıxarmaqla almaq olar:

“Ordakı bütün erməniləri öz gəldikləri yerə qovub göndərmək lazımdır. Bu məsələni hərbi yolla çözmək lazımdır ki, ermənilər orada özbaşınalıq eləməsinlər. Beynəlxalq təşkilatların yüzdə beşi şikayət edib, ermənilərin iradəsiylə həyata keçirilmir ki!”

Fazil Mustafa qeyd edib ki, bu məsələdə kənar qüvvələrin yanaşması da rol oynayır:

“Biz konkret olaraq hərb yolu ilə məsələni çözməliyik. Yəni Azərbaycan qanunu ilə razılaşmayan erməni orada yaşamamalıdır, bunun yolu isə hərbdən keçir. Ən azından qanunlarımızı tanıyan ermənilərin yaşamasına izin olsun”.

Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvü Asim Mollazadə bildirib ki, bu, ermənilərin növbəti cinayətlərindən biridir:

“Bilirsiniz ki, ermənilər o qədər cinayət törədib ki… Qanunsuz məskunlaşma da növbəti cinayətdir. Təəəssüflə qeyd etmək istəyirəm ki, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmağına beynəlxalq təşkilatlar göz yumurlar. Təbii olaraq Azərbaycan hər bir beynəlxalq platformlardan istifadə edərək bu vəziyyətləri dünyaya çatdırmalıdır və Ermənistanın cinayətlərinin qarşısını almaq üçün müvafiq qərarlar qəbul etməlidir. Çox təəssüf ki, bu qərarlar qəbul edilməyib və biz beynəlxalq hüququn acizliyini görürük”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı