İsgəndər Həmidovdan şok qərar - SON DƏQİQƏ | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


İsgəndər Həmidovdan şok qərar - SON DƏQİQƏ

Siyasət A- A A+
Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.
 
Eurasia Diary xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:
 
"Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.
 
Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...