"Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir" - Valentina Matviyenko | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


"Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir" - Valentina Matviyenko

Siyasət A- A A+

"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələni həll etməyin səmərəli yolunu tapmaq üçün təmkinli olmalıdırlar".

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu fikri Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı Rusiya Federasiya Şurasının sədri xanım Valentina Matviyenko bildirib.

O, ATƏT xəttilə fəaliyyət göstərərək münaqişənin həllinə dəstək verdiklərini qeyd edib: “Hazırda regionda sakitlikdir, amma Dağlıq Qarabağ məsələsinin həlli yolunun tapılması üçün əlverişli ab-hava yaratmaqla uyuşmayan bəyanatlar bizi narahat edir. Fikrimcə, güzəştə nail olaraq irəliləmək üçün daha təmkinli olmaq lazımdır. Çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Səmərəli vasitəçilik üçün əlimizdən gələni edəcəyik”.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...