Zakir Həsənov artilleriyaçıların döyüş hazırlığını yoxladı - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

27 Yanvar, Bazar ertəsi


Zakir Həsənov artilleriyaçıların döyüş hazırlığını yoxladı - VİDEO - FOTOLAR

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissəsində olub.

Eurasia Diary Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, raket və Artilleriya Qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıb, silahlanmada olan silah və texnikaya baxış keçirib.

Müdafiə naziri Zakir Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin daha da artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...