Həmsədr ölkələr Qarabağla bağlı bəyanat yayıb | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Həmsədr ölkələr Qarabağla bağlı bəyanat yayıb

Siyasət A- A A+

ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması ilə bağlı birgə bəyanat yayıblar.

Bu barədə Eurasia Diary ATƏT-ə istinadən xəbər verir.

ATƏT-in Nazirlər Şurasının Bratislavadakı 26-cı görüşü çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) birgə bəyanatda əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. 

Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları təmas xəttində zorakılığın aşağı səviyyəsini nisbətən müsbət qeyd ediblər və iyunda Vaşinqtonda keçirilən məsləhətləşmələr zamanı xarici işlər nazirlərinin razılaşdırdığı kimi eskalasiya riskinin azalması üçün birbaşa əlaqələrdən tam istifadəyə görə tərəflərə təşəkkür ediblər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...