Azərbaycan-İsrail Strateji Tərəfdaşlığı

Siyasət 15:22 21.01.2020

İsrail Azərbaycan münasibətləri çox möhkəm strateji tərəfdaşlığa söykənir. Tarix boyu Azərbaycanda yəhudilərin sülh içində yaşaması və Azərbaycanı özlərinə vətən bilməsi bu münasibətlərin inkişafında əsas dayaqlardan biri olmuşdur. Hələ XX əsrin əvvələrində Bakı siyonizmin əsas mərkəzlərindən biri idi. Azərbaycan Demoktratik Cumhuriyyəti zamanında Bakıda Yəhudi Xalq Universiteti fəaliyyət göstərirdi və Azərbaycan milli hökümətində səhiyyə naziri yəhudi əsilli Yevsei Gindes olmuşdur. Bolşeviklərin Azərbaycanı işğalı nəticəsində Azərbaycan Demokratik Cumhuriyyətinin müstəqilliyinə son qoyuldu və bütün yəhudi fəaliyyətləri də qadağan olundu.1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdə Azərbaycanı ilk tanıyan ölkərdən biridə İsrail oldu. Belə ki, İsrail Azərbaycanı Türkiyə və Pakistandan sonra tanıyan üçüncü ölkədir və 1993-cü ilin avqustundan  İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Lakin Azərbaycanın İslam dünyasına mənsub olması və müəyyən səbəblərdən Azərbaycanın İsraildə səfirliyi yoxdur. Lakin bu münasibətlərin inkişafına mənfi təsir göstərmədi.       

İsraildən Azərbaycana ilk rəsmi səfər 1996-cı ildə İsrailin səhiyyə naziri Efraim Snex tərəfindən olmuşdur. 1997-ci ildə İsrailin Baş Naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər etmişdir.Bununla birlikdə Azərbaycan İsrail münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Prezidentlər arasında görüş isə 2009-cu ildə 28-29 iyun tarixində İsrail Prezidenti Şimon Peresin Bakıya səfəri zaman baş tutmuşdur. 2009-cu il tarixində isə İsrailin paytaxdı-Təl Əvivdə İsrail-Azərbaycan biznes formu baş tutmuşdur. Azərbaycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. İsrailin neft idxalının 40%-ə yaxınını Azərbaycan təmin edir. Bundan əlavə İsrailin Aralıq dənizi sahillərində  böyük qaz rezervi kəşf edilmişdir. Bu yataqlara Leviathan və Tamar yataqlarını göstərmək olar. Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR İsrailin Aşdod neft yatağı bölgəsindən 5% pay almışdır. İsrail Azərbaycanın hərbi sənayesinin inkişafında böyük rol oynayır. Buna pilotsuz uçan aparatların “Heronların” birgə istehsalı, havadan müdafiə sistemi Dəmir Qübbənin (İron dome) alınması və müxtəlif hərbi texnikaların birgə istehsalını göstərmək olar. Stokhlom Beynəlxalq Sülh Araşdırmaları İnstutunun (Stockholm International Peace Research Institute) qeydlərinə görə 2015-ci ildən Azərbaycanın ən çox silah aldığı ölkə İsraildir. İndiyə qədər Azərbaycan İsraildən 5 milyard dollar məbləğində müxtəlif silahlar, uçan aparatlar, havadan müdafiə sistemləri və raketlər almışdır.  

İsrail Azərbaycanla yalnız hərbi səhədə deyil, kənd təsərrüfatı, enerji, turizm və digər sahələrdə də əməkdaşlıq edir. Bu gün İsrailin müsəlman dünyasında ən yaxın mütəffiqi Azərbaycandır. Azərbaycanın haqlı davası olan Qarabağ mövsuzunda İsrail və yəhudi lobbisi Azərabaycanı dəstəkləyir. Bunun bariz nümunəsi kimi İsrail prezidenti Reuven Rivlinin BMT kürsüsündən Xocalını Xolokost kimi soyqırım adlandırmışdır. İsrailin Qafqaz bölgəsində siyəsətinin mərkəzi Azərbaycandır. İsrailin Ermənistanda səfirliyi fəaliyyət göstərmir. Bu gün Azərbaycan İsrail münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İsrail Azərbaycan arasında ticarət dövriyyəsi 1992-ci ildə 60-70 min dollar səviyyəsində idisə, indi bu  dövriyyə 5 milyar dollara yaxındır. Bu münasibətlər durmadan inkişaf edir. İsrail Azərbaycan münasibətlətinin inkişafında Azərbaycanda yaşayan yəhudilərin tarix boyu Azərbaycan xalqından və dövlətindən qayğı görməsi mühüm rol oynayır. Yəhudi xalqı hər zaman Azərbaycanı özlərinə vətən bilmişlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanın ilk milli qəhrəmanlarından biri və Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur. Bununla bərabər İsraildə yüz minə yaxın Azərbaycan əsilli yəhudi yaşayır və bu gələcəkdə İsraildə güclü bir Azərbaycan diasporasının qurulmasında böyük potensiala malikdir. Bunun üçün mütləq Azərbaycanın İsraildə səfirliyinin olmasını zəruri edir. Azərbaycan İsrail münasibətləri nəinki Cənubi Qafqazda gələcəkdə Yaxın şərqdə də güclü təsir gücünə malik olacaq.

                                                           

Politoloq Murad Salmanov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı