Prezident Sarkisyan Azərbaycan neftindən pul qazanır? İDDİA

Siyasət 15:49 06.02.2020

Fevralın 4-də Ermənistandakı “Adekvat” cəmiyyəti Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar iqamətgahın önünə neft çəlləkləri düzüblər. Etirazçılar mitinqdən sonra prezident Armen Sarkisyana məktub ünvanlayıblar.

Eurasia Diary “News.am”-a istinadən xəbər verir ki, məktub və etiraz aksiyası barədə yerli mətbuata məlumat verən, cəmiyyətin üzvlərindən biri olan Artur Danielyan maraqlı fikirlər səsləndirib:

“Məktubda biz, Ermənistan prezidenti A.Sarkisyana bizimlə görüşüb, dialoq aparmasını xahiş etdik. Ondan “BP” (British petrolium) səhmdarlığından çıxmağı və Ermənistan prezidenti funksiyalarını icra etməyi tələb edirik. Bizə maraqlıdır ki, bu adam Azərbaycandan qazandığı pullardan imtina etməyə hazırdırmı?”

A.Danielyanın sonda verdiyi sual bizdə şok effekti yaratdı. Necə yəni, Ermənistanın hazırkı prezidenti BP-nin səhmdarıdır və Azərbaycan neftindən gəlir əldə edir? Təbii ki, BP səhmdarı olmaq mütləq Azərbaycan neftindən pul qazanmaq anlamına gəlmir, çünki BP yalnız Azərbaycanda neft hasilatı ilə məşğul olmur. Lakin aktivistin səsləndirdiyi fikir, istər-istəməz insanı düşündürür. Çünki, Ermənistanın hazırki prezidenti A.Sarkisyan vaxtilə BP-nin əməkdaşı olub.

Qeyd edək ki, o, 2001-2013-cü illərdə BP-nin baş məsləhətçisi vəzifəsini icra edib. Həmçinin, A.Sarkisyanın Böyük Britaniya ilə əlaqələri sadəcə BP səviyyəsində deyil. İrəvan Dövlət Universitetinin məzunu olan A.Sarkisyan 1984-1985 və 1989-1991-ci illər arasında Kembriç və London Universitetlərində elmi tədqiqatçı və müəllim kimi çalışıb.

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən sonra Qərbdəki ilk səfirliyini Böyük Britaniyada açır və Ermənistanın ilk Britaniya səfiri də məhz A.Sarkisyan olur. Sarkisyan 1995-ci ilə qədər səfir kimi çalışır, sonra Ermənistanın Avropa İttifaqındakı missiyasının başçısı, 1996-ci ildə Ermənistan Baş Naziri vəzifələrini icra edir. 1997-ci ildə Ermənistanda baş verən Qarabağ klanı çevrilişindən sonra isə Britaniyaya qayıdır və özəl sektorda çalışmağa başlayır. 2013-ə qədər BP-də baş məsləhətçi kimi çalışan A.Sarkisyan eyni ildə yenidən Ermənistanın Böyük Britaniyadakı səfiri təyin edilir.

Əlavə edim ki, Sarkisyanın iki oğlu var və hər ikisi Britaniya vətəndaşıdır.

Bütün bu məlumatlardan sonra biri durub mənə A.Sarkisyanın BP-də səhmlərinin olduğunu desə, heç təəccüblənmərəm. Hətta bu səhmlər “BP-Azərbaycan”-a aid olsa yenə təəccüblənmərəm...

Həmçinin bu iddia doğru olsa belə Sarkisyan Azərbaycan neftindən pul qazanan ilk erməni deyil.

Qarabağ müharibəsi zamanı ölkəmizin neftini, benzinini dəyər-dəyməzinə erməni zabitləri və iş adamlarına satanlar Sarkisyan kimi yüzlərlə ermənini milyonçuya çevirmişdilər...

Nicat İSMAYILOV


Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO

Xəbər xətti

Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
14:15 14.05.2024
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
14:00 14.05.2024
Bakıda həbsdə olan Qukasyanla bağlı YENİ QƏRAR
13:55 14.05.2024
Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:45 14.05.2024
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
13:22 14.05.2024
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
13:17 14.05.2024
“Avropa dövlətləri neft idxalını azaltmağa çalışır” – Macar professorla MÜSAHİBƏ - VİDEO
13:15 14.05.2024
Ceyhun Bayramovun ATƏT sədri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
12:55 14.05.2024
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT
12:51 14.05.2024
Naxçıvan əhalisinin sayı açıqlandı
12:43 14.05.2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIB
12:31 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
12:24 14.05.2024
DİN əhaliyə MÜRACİƏT EDIB
12:15 14.05.2024
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
12:00 14.05.2024
Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir
11:52 14.05.2024
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
11:38 14.05.2024
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
11:33 14.05.2024
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
11:30 14.05.2024
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
11:17 14.05.2024
İlham Əliyev: "Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb"
11:13 14.05.2024
Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib
11:07 14.05.2024
“Trendyol Azərbaycan” daşıma qiymətlərini ARTIRDI - AÇIQLAMA
11:00 14.05.2024
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
10:59 14.05.2024
Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Hamısı