Günün ikinci yarısında Mərkəzi Seçki Komissiyası növbəti iclas keçirəcək.
Eurasia Diary Unikal-a istinadən xəbər verir ki, iclasda 10 seçki dairəsindən daxil olan müraciətlərə baxılacaq.
Bildirilib ki, 15 saylı Yasamal Birinci, 28 saylı Səbail Üçüncü, 42 saylı Sumqayıt İkinci, 60 saylı Salyan-Neftçala, 72 saylı Yardımlı-Masallı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 95 saylı Tərtər, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı Seçki dairələrindən daxil olan şikayətlərə baxılacaq.
Eurasia Diary xatırladır ki, müvafiq olaraq həmin dairələrdə lider namizədlər Ülvi Quliyev, Eldar Quliyev, Tahir Mirkişili, Fəzail Ağamalı, Musa Qasımlı, Razi Nurullayev, Şahin İsmayılov, Sahib Alıyev, Ramil Həsən və İmamverdi İsmayılovdur.
Xatırladaq ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri etibarsız sayılıb.