Türkiyə prezidenti Ərdoğan Yunnanıstan hökümətinin mühacirlərə qarşı sərt münasibətini tənqid edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında Moskvada 6 saatlıq İdlib sammitindən sonra 00.01-də atəşkəs başlayıb. Prezident Ərdoğan Rusiyadan qayıdarkən təyyarədəki jurnalistlərin suallarını cavablandırıb. "Barışıq bir neçə sahədə əhəmiyyətli qazanclar gətirəcək" deyə bildirib.
"EDNews" xəbər verir ki, Ərdoğan Yunanıstanın mühacirlərə münasibətini tənqid edib və Yunanıstanın Baş naziri Mikotakislə görüşməyə inandırmağa çalışan Borisova "Mən onun olduğu yerə gəlmirəm və eyni foto çərçivəsinə girmirəm" deyə qeyd edib.