Koronavirusla bağlı ikinci Strateji Hazırlıq və Cavab Planı açıqlanacaq ÜST

Siyasət 16:31 10.04.2020

"COVID-19-la bağlı yaxın günlərdə yayımlanacaq ikinci Strateji Hazırlıq və Cavab Planımız bu pandemiyaya cavabın növbəti mərhələsində milli və beynəlxalq strategiyaların həyata keçirilməsi üçün lazım olan mənbələri qiymətləndirəcək. Biz COVID-19-un daha həssas ölkələrə vura biləcəyi zərbəni hələ görməmişik. Bunun baş verməməsi üçün əlimizdən gələni etməyə hazırıq. Bu pandemiya sağlamlıq böhranından da artıq bir şeydir, bütün hökumətlərin və cəmiyyətlərin reaksiyasını tələb edir. Son 100 gün ərzində COVID-19 nəyə qadir olduğunu varlı, inkişaf etmiş ölkələrə vurduğu zərərlə bizə göstərdi”.

EDNews.net-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Baş direktor bildirib ki, COVID-19 qlobal səviyyədə yayılmağa başladığı andan etibarən Türk Şurası ölkələrinin rəhbərləri sıx əməkdaşlıq edirlər: “Buraya tibbi ləvazimatları bölüşdürmək, humanitar yardım və sınaq dəstləri ilə təminat, kliniki təcrübə və tibbi dəstək mübadiləsi daxildir. COVID-19 pandemiyası meydana çıxdığı andan ÜST Türk Şurası ölkələrinə də individual qoruyucu ləvazimatlar və test dəstləri göndərib.

Ölkələrinizin hər biri xəstəliyin fərqli mərhələsində olsa da, hamı eyni məqamları diqqət mərkəzində saxlamalıdır: epidemiyanın səhiyyə sistemlərinə, sosial xidmətlərə və iqtisadi fəaliyyətə təsirini minimuma endirmək üçün səyləri genişləndirmək.

Məhdudlaşdırıcı sosial tədbirlər bizə yalnız vaxt qazandırır. Koronavirusun yayılmasını dayandırmaq testlər aparmaq, təcrid etmək, qayğı göstərmək və hər bir yoluxmanı izləmək üçün hərtərəfli strategiya tələb edir.

Eyni zamanda, həssas qrupların səhiyyə xidmətlərinə bərabər çıxış vacibdir. COVID-19 dövründə həyati əhəmiyyətli sağlamlıq xidmətlərinə giriş hamı üçün təmin edilməlidir. Əks təqdirdə, situasiyanı idarə etmək daha çətin olacaq və hamı risk altına düşəcək”.

Baş direktor milli strategiyaların 5 əsas istiqamətdə beynəlxalq səviyyədə dəstəklənməli olduğunu deyib, qeyd edib ki, bu istiqamətlərin ÜST-ün diqqət mərkəzindədir: “Bu istiqamətlər ölkələri hazırlamaq üçün onlara dəstək vermək, epidemioloji analiz və risk kommunikasiyasını hazırlamaq, təchizat zəncirinin əlaqələndirilməsi, texniki ekspertizanın təmin edilməsi və tibb işçilərini səfərbər etmək, elmi-tədqiqat işləri, yenilik və bilik mübadiləsidir. COVID-19 pandemiyasını dayandırmaq üçün artıq sizin öz aranızda nümayiş etdirdiyiniz əməkdaşlığı davam etdirməli və inkişaf etdirməliyik. Hamımız bu məsələdə bir yerdəyik və bizim qarşımızda hələ uzun yol var. Bu ümumi təhlükəni yalnız həmrəylik və əzmlə aradan qaldıracağıq”.(apa)

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Hamısı