Azərbaycanla İran arasında “Xudafərin Sazişi" Diplomatik uğur, yoxsa rəzalət?

Siyasət 17:14 07.05.2020

Ötən günlərdə jurnalist araşdırması nəticəsində məlum olub ki, İrandan Qarabağa Xüdafərin istiqamətindən yeni körpülər tikilib. İranın Azərbaycandakı səfirliyi isə bu məsələyə dərhal reaksiya verərək körpülərin qondarma rejimə yox, Azərbaycana çəkildiyini qeyd edib:

Körpülər gizli tikilməyib və İran tərəfi onları qondarma “DQR”-ə yox, Azərbaycan Respublikası ərazisinə çəkib:

“Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

İran səfirliyi körpülərin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən tikildiyini bildirib.

Qeyd edək ki, “Xüdafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı saziş 2016-cı ilin 23 fevralında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində imzalanıb.

Lakin Milli Məclisin o dövr tək oxunuşda ratifikasiya etdiyi “Xüdafərin-Qız Qalası hidroqovşaqları” sazişi barədə narahatlıq yaradan bir neçə məqam var. Əvvəla saziş əsasında yaradılacaq SES-lər, bəndlər, su anbarları İran və hazırda ermənilərin işğalı altında olan Azərbaycan əraziləri arasında tikilir və müqaviləyə əsasən onları İran qoruyacaq. Azərbaycan ərazisində yaradılan elektrik stansiyalarını niyə İran qorumalıdır? Bu bir acizlik örnəyi deyilmi? Madam ki, biz hazırda həmin əraziyə nəzarət edə bilmirik, bu stansiyalar bizim nəyimizə lazımdır?

Bu suallara Xarici İşlər Nazirliyi cavab verməsə də bizim bir cavab versiyamız var. Belə ki, İranla bağlanan sazişdə “hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi” ifadəsindən istifadə edilib. Necə yəni davam etdirilməsi? Deməli, sazişdən əvvəl də ərazidə tikinti işləri aparılıb. Bəs bu işlər Azərbaycan tərəfinin razılığı iləmi həyata keçirilib? Heç zənn etmirəm. Çünki belə bir razılıq əldə edilsəydi saziş 2016-da yox daha əvvəlki tarixlərdə imzalanardı. Belə çıxır ki, İran bizdən icazə almadan bizim torpaqlarımızda tikintiyə başlayıb. Bu isə rəsmi Bakı üzərində diplomatik təzyiq yaradıb. Azərbaycan ya İranla layihəni birgə həyata keçirməli, ya da İrana nota verərək münasibətləri gərginləşdirməli idi. Görünür, hökumət Azərbaycanın ərazi bütövlüyünün bəprasının dəstəklənməsini ön şərt qoyaraq layihəyə razılıq verib. Beləliklə, fevral ayının 23-də saziş imzalanıb.

Sazişlə bağlı digər bir narahatlıq isə körpülər məsələsidir. Azərbaycan XİN İranla Qarabağı birləşdirən körpülərin varlığını təsdiqlədi. Güney Azərbaycanlı həmkarlarımızdan əldə etdiyimiz məlumata görə hazırda bu körpülərdən qondarma rejimə yanacaq daşınır. Bu isə 29 ildir qondarma rejimə tətbiq etdiyimiz blokadanın aradan qaldırılması riskini yaradır.

Narahatlıq yaradan əsas məsələlərdən biri də ermənilərin faktiki nəzarət etdiyi ərazilərdə həyata keçirilən layihələrin, tikilən körpülərin qondarma rejimin “razılığı” əsasında həyata keçirilməsi ehtimalıdır. İranla seperatçılar arasında gizli danışıqların baş tutması ehtimalı da yüksəkdir.

Qısası, hökumətin İranla imzaladığı saziş bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpasının İran tərəfindən dəstəklənməsi, Cəbrayıl, Zəngilan və Füzuli kimi işğal olunmuş rayonlarımızın azad edildikdən sonra buradakı infrastruktur problemlərinin həll edilməsi baxımından uğurlu bir diplomatik gedişdir. Digər tərəfdənsə bu saziş yuxarıdakı narahatlıqları da özündə ehtiva edir.

Mövzuyla bağlı Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov “Ednews.net”ə özəl açıqlamalar verib. O, hələ sovet dövründən regionda bu tipli layihələrin müzakirə edildiyini, Heydər Əliyev dövründə İrandan rəsmi təkliflərin gəldiyini bildirib:

“Sovet vaxtından bu tipli layihələr tez-tez müzakirə edilirdi. Heydər Əliyev dövründə bu layihə ilə bağlı yenidən məsələ qaldırmışdı. Heydər Əliyev İranın Araz çayı üzərində birgə bənd və su elektrik stansiyalarının tikilməsi təklifinə əvvəlcə soyuq yanaşmışdı. Buna səbəb layihənin keçdiyi ərazinin faktiki olaraq erməni işğalı altında olması idi. Sonralar xatırlayıram ki,  Əliyevin bu məsələyə yanaşması dəyişdi. İki tərəf arasında aparılan müzakirələrə maraq göstərməyə başladı. Mən şəxsən İran tərəfi ilə həyata keçirilən danışıqlarda iştirak etmişəm. Orada tikiləcək bəndlərin bəzi əraziləri suyun altında qoyması riski, elektrik stansiyaları və su anbarları yaradıldıqdan sonra onlardan birgə istifadə məsələsi, istehsal olunan elektrik enerjisinin necə bölünəcəyi, layihənin maliyyələşməsi və icrası kimi bir çox məsələlər geniş müzakirə edildi”.

Tofiq Zülfüqarov 2016-cı ildə Azərbaycan və İran arasında imzalanmış “Xüdafərin” və “Qız qalası” hidroqovşaqları ilə bağlı sazişi diplomatik uğur kimi dəyərləndirib.

“Tam təfərrüatları ilə tanış olmasam da bu layihəni kifayət qədər faydalı hesab edirəm. Layihə əsasında yaradılacaq su anbarlarının istifadəsi kənd təsərüffatının inkişafına zəmin yaradacaq. Həmçinin, elektrik stansiyaları regionun ucuz elektrik enerjisi ilə təmin edilməsinə səbəb olacaq. Eləcə də bu layihə əsasında saziş bağlanması və sazişdə İranın Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini dəstəkləməsi uğurlu bir diplomatik gedişdir. Saziş bağlanılması həm də Azərbaycanın ərazilərinin işğalı ilə barışmayacağının, qısa zamanda torpaqlarını azad edəcəyini sübuta yetirir. Hökumət bu müqaviləni imzalamaqla işğal sonrası Azərbaycan rayonlarının infranstruktunu gücləndirməyi hesablayıb. Müqaviləyə görə, nə layihədə erməni şirkətləri iştirak edə bilər, nə də istehsal olunan enerjidən qondarma rejim faydalana bilər. Sizin qeyd etdiyiniz yeni körpülərsə torpaqlarımız işğaldan azad edildikdən sonra Güney və Quzey arasında iqtisadi-humanitar əlaqələrin inkişafına töhvə verəcək”.

Nicat İSMAYILOV

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Hamısı