“Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb”

“Beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”

Siyasət 14:38 23.05.2020

“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı.

Sonra “Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət belə getmir” bəyanatı ilə danışıqların fatihəsini oxudu.

Və nəhayət, Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu “mərhum” danışıqların “ehsanını” da verdi.

Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək, kişi kimi dirənib hamının üzünə ki: “O, ölməyib! O, sizin üçün ölüb, bizim üçün ölməyib!...”

Yuxarıdakı fikirləri tanınmış politoloq, Azərbaycan prezidentinin sabiq köməkçisi Eldar Namazov özünün “Facebook” səhifəsində paylaşıb.

Kifayət qədər emosionallıq hiss edilən statusla bağlı və mayın 21-də Şuşada baş verən rüsvayçı “andiçmə” hadisəsi ilə əlaqədar Moderator.az son dövrlərdə mediada fikirlərinə az-az rast gəlinən Eldar Namazovun münasibətini öyrənib.

Politoloq moderator.az-a açıqlamasında, nəhayət, Azərbaycanın bu istiqamətdə atmalı olduğu konkret diplomatik addımlardan bəhs edib və əlavə edib ki, sözügedən statusu da bu baxımdan paylaşıb:

“Mən bu mövzuda şox sayda müsahibələr vermişəm, hamsını bir daha təkrarlamaq istəmirəm, oxucuların da yadına salmaq istəyirəm ki, uzun müddətdir mən Dağlıq Qarabağla bağlı yeni yanaşmanı və yeni strategiyanı təklif edirəm. O cümlədən, yeni diplomatik yanaşmanı – hücum diplomatiyasını seçmək və ordu işləri ilə, diplomatya və informasiya fəaliyyəti ilə bağlı vahid strategiya ilə düşməni yerində oturtmaq və torpaqları azad etmək yolunu təkilf edirəm.

Təəssüflər olsun ki, bu prosesdə biz dəyişikliklər görmədik və gəldiyimiz nəticə də göz önündədir. Həmin müsahibələrdə də mən qeyd edirdim ki, biz diplomatlardan torpaqların azad edilməsini gözləmirik, bu, bizim Ordumuzun çiyninə düşən bir vəzifədir. Mən dəfələrlə bunu təkrar etmişəm ki, Dağlıq Qarabağ probleminin həllində əsas sözü diplomatiyamız yox, Ordumuz deyəcək.

Diplomatiyanın da əsas məqsədi dünya ictimaiyyətinə bu müharibənin yenidən başlanmasının əsas günahkarının kim olduğunu sübut etməkdir. Azərbaycan diplomatiyası elə işləməlidir ki, dünya ictimaiyyəti üçün tam aydın olsun ki, Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb.

Bizim diplomatiyamız buna yönəlmək istəyir, ancaq hər bir pis hadisənin iki üzü olur. Ermənilər bu son hərəkətləri ilə faktiki olaraq Azərbaycan diplomatiyasının çiyninə düşən vəzifələri özləri yerinə yetirdilər və bütün dünyaya göstərdilər ki, həqiqətən də Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməkdən başqa çıxış yolu qalmayıb.

Və beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı