Ermənistan vətəndaşı Azərbaycana keçdi

Siyasət 17:44 15.07.2020

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək, Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək, sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

NUHÇIXAN İnformasiya Agentliyi Sardaryanın etiraflarını təqdim edir:

- Özünüzü təqdim edin.

- Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, iki uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.

- Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi? 

- Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibət göstərdilər, atəş açmadılar.

- Sərhəddi necə keçdiniz?

- Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.

- Sizə qarşı hansı haqsızlıqlar olub? 

- Mənə qarşı çox haqsızlıqlar olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20000 dram pul istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.

- Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiniz?

- Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 200 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.

- Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

- Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

- Ermənistan ordusunda ümumi vəziyyət necədir?

- Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir. Orduda hərbiçilərin narkotik yetişdirib satmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.

- Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

- Mən Sərhəd Qoşunlarının Vanadzordakı 5060 saylı və Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm. 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər iştirak etmirdi.

- Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

- Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
Hamısı