Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan XİN başçısının debatı olub

Siyasət 17:53 15.07.2020

“Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında debat olub.

EDNews.net xəbər verir ki, Z. Mnatsakanyan Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. O, erməni nazirin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulayıb. 

H.Hacıyev Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib.  Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

H.Hacıyev Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var sualı ilə Z.Mnatsakanyana müraciət edib.

Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib.

H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib.

-  Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;

- Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;

- Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;

- Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;

- Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVİD-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

H.Hacıyev Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.

O, sərhəddə baş verən təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyərək, Ermənistanın itkilərini gizlətdiyini və Ermənistan rəhbərliyinin bu hərbi avantüraya görə itkilər barədə öz ictimaiyyətinə hesabat verməli olduğunu vurğulayıb.(report)


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı