“Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik” - Gürcüstan XİN | Eurasia Diary - ednews.net

17 Yanvar,


“Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik” - Gürcüstan XİN

Siyasət A- A A+
“Gürcüstan tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir və silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir”.
 
Bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia “İmedi” telekanalının “Xronika” verilişində bildirib.
 
Onun sözlərinə görə, Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir:
 
“Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.
 
Nazir müavini Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu deyib:
 
“Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”. (report)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...