Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Milli Təhlükəsizlik Strategiyasını təsdiq edib.
Eurasia Diary Unian saytına istinadən xəbər verir ki, 14 Sentyabrda prezidentin verdiyi qərar ilə Milli Təhlükəsizlik Strategiyası təsdiq edilib.
Strategiya 3 prinsip üzərində nəzərdən keçirilir:
Çəkindirmə- Ukraynaya qarşı silahlı təcavüzün qarşısını almq üçün müdafiə və təhlükəsizlik imkanlarının inkişafı;
Dözümlülük- xarici və daxili həssaslıqları minimallaşdırmaq üçün cəmiyyətin və dövlətin təhlükəsizlik mühitində baş verən dəyişikliklərə çevik adaptasiyası və dayanıqlı şəkildə əməliyyat tədbirləri;
Qarşılıqlı əlaqə- Ukraynanın milli maraqları əsasında əsas dövlətlərlə yəni NATO və Aİ üzvləıri ilə və eləcə də ABŞ ilə strateji əlaqələrin inkişafı, eyni zamanda digər dövlətlərə praqmatik əməkdaşlığın aparılması.
Strategiya Ukrayna dövlətinin milli maraqlarını müstəqilliyin və suverenliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, sosial inkişaf, insan hüquqlarının qorunması və Avro-Atlantik blokuna inteqrasiya kimi izah edib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Strategiyası digər strateji sənədlər üçün bünövrə təşkil edir.