Ermənistanda 2018-ci il hakimiyyət dəyişikliyindən sonra demək olar ki bir çox sahədə ayrı-seçkiliklər müşahidə olunmağa başlayıb.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, hakimiyyət insanların peşəkarlıq göstəricilərinə məhəl qoymadan onları "ağlar" və "qaralara" bölüb.
Ermənistanın hazırkı hakimiyyəti bəzi təhlilçilərin düşüncələrinə fikir vermir və bir sözlə onları qara siyahıya alıb. Xüsusilə dövlət mediyasına bu barədə xüsusi göstəriş verilib.
Yəni Ermənistanda bir sıra təhlilçilərin fikirlərinin nə qədər konstruktiv və faydalı olması deyil onların siyasi mövqeyi önəmli olub.