Ermənistanın insan hüquqları üzrə fəalı Zaruhi Ovanisyan Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sülhü təhdid edən hərəkətlərini qınayıb.
Eurasia Diary xəbər verir ki, Ovanisyan bu barədə “OC Media” saytında öz məqaləsini dərc edib.
Məqalədə deyilir ki, 2018-ci il “Məxməri İnqilab"dan sonra Akopyan “Sülh uğrunda Qadınlar” təşəbbüsünü irəli sürüb. Bununla da adından görünür ki, təşəbbüs münaqişədə müharibəni deyil, sülhü təşviq edir.
Lakin iyul toqquşmalarından sonra Akopyanın əlində silahla Dağlıq Qarabağda erməni qadınları ilə birgə təlimlərə qoşulması artıq bu ideyanın üzərindən xətt çəkir. Ovanisyan düşünür ki, Akopyanın bu addımı Ermənistanda militarizasiyanı artıq qadınların səviyyəsinə də çatdırır.
Öz məqaləsində ictimai fəal bir sıra suallar ünvanlayır: Nə üçün 2020-ci ildə bu qadınlar danışmadı? Niyə onların müharibəyə və militarizmə qarşı olan səsləri çıxmadı?
"Bu suallara cavab vermək hələ tezdir. Bəlkə də mikrofon bir vaxtlar cəmiyyətin müharibə əleyhinə təbəqəsinin etibarına sahib olan Anna Hakopyana həvalə edilmişdir. Bu meydan artıq şübhəsiz ki, özünü tükəndirib".