“Bu gün səhər Ermənistan hərbi qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub”.
Eurasia Diary xəbər verir ki, bu gün bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib.
Dövlət başçısı deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var: “Allah şəhidlərimizə rəhmət etsin. Onların qanı yerdə qalmayacaq”.