Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır

Siyasət A- A A+

Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər.

Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub.

Baş Konsulluqdan "Report"a verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək ordu sıralarına yazılan və döyüşməyə hazır olduqlarını deyən xeyli sayda gənc var. Onların arasında Türkiyədə doğulmuş həmvətənlərimizlə yanaşı, türkiyəli gənclər də var. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...