BMT Ali komissarı döyüşləri dayandırmağa çağırıb | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


BMT Ali komissarı döyüşləri dayandırmağa çağırıb

Siyasət A- A A+

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, Ali komissar döyüşləri dərhal dayandırmağa çağırıb.

“Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm.

Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə, vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”,- deyə Ali komissar bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...