"Bu qətnamə Fransanın Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi" - Hulusi Akar | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


"Bu qətnamə Fransanın Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi" - Hulusi Akar

Siyasət A- A A+

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.

"Eurasia Diary"nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.(apa)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...