“Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır” - Zaxarova | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


“Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır” - Zaxarova

Siyasət A- A A+

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılı olduğunu deyib.

Bu barədə o, “Facebook” hesabında yazıb:

“Almaniya hələ də çox maraqlı - təhlükəsizlik sahəsində asılı ölkə vəziyyətindədir”.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın ən böyük xarici kontingentlərindən biri Almaniyada yerləşir:

“Bu yaxınlarda Almaniya ABŞ-ın bəzi qoşunlarını başqa əyalətlərə köçürmək planlarından narazılığını dilə gətirib”.

Bundan əlavə, ABŞ-ın nüvə silahları Almaniyada yerləşdirilib.

Zaxarova qeyd edib ki, “Güc var, ancaq bu sənin deyil, onu idarə edə bilməzsən, sənə ondan istifadə etməyə icazə verilmir və eyni zamanda, onu itirməkdən qorxursan - bu, bir asılılıq əlamətidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...