Lavrov: - “ATƏT-ə üzv ölkələr Qarabağla bağlı əldə olunan razılığa daha çox dəstək olmalıdır” | Eurasia Diary - ednews.net

24 Yanvar,


Lavrov: - “ATƏT-ə üzv ölkələr Qarabağla bağlı əldə olunan razılığa daha çox dəstək olmalıdır”

Siyasət A- A A+

“Münaqişələrin nizamlanmasında ATƏT-in potensialı tələb olunan səviyyədə qalır”.

Eurasia Diary-nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

S. Lavrov qeyd edib ki. ATƏT məkanındakı böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalar təşkilata üzv ölkələr tərəfindən daha çox dəstək almalıdır: “Bu, həmin razılaşmaların həyata keçirilməsinə yardımçı olacaq. Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasına münasibətdə də bunu gözləyirik. Biz bu prosesə hər cür dəstəyi göstərməyi davam edəcəyik. ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı əməkdaşlığı qiymətləndiririk”. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...