“Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - Çavuşoğlu | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


“Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - Çavuşoğlu

Siyasət A- A A+

“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O, harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşı olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...