Qara dənizdə və regionda yaşanacaq hər hansı gərginlik və qarşıdurma hər kəsin zərərinədir.
Eurasia Diary Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.
"Türkiyə Ukraynanın ərazi bütövlüyünü, Krım tatarlarının haqlarını müdafiə edir və Rusiya-Ukrayna arasındakı problemlərin müzakirələr yolu ilə həllini dəstəkləyir", - deyə Qalın bildirib