“Ümumi olaraq bu gün Ermənistanda baş verənlər təkcə Sünik icmalarının rəhbərlərini, şəhər başçılarının müavinlərini və sakinləri həbs etmək məsələsi deyil, həm də Sünik Paşinyanın boğazında qalmış bir sümükdür”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni media mütəxəssisi Tiqran Köçəryan deyib.
“Biz İlham Əliyevin cavabsız qalan bəyanatlarını, Türkiyənin davranışını və Ermənistan səlahiyyətlilərinin güzəştliliyini görürük. Yəni, belə bir təəssürat var ki, Sünik yoxdur, problem yoxdur”, - deyə Ermənistan İstintaq Komitəsinin qarşısında Tiqran Köçəryan qeyd edib.
Köçəryan deyib ki, Zəngəzur dəhlizi ilə bağlı Nikol Paşinyanın dediklərinə inanmaq və ümumiyyətlə ona inanmaq artıq lətifəyə çevrilib, çünki o, həmişə yalan danışır.
“Ölkə rəhbəri öz ölkəsində rusların müşayiəti olmadan hərəkət edə bilmir. Əgər rus ayağını oradan çəksə, Sünik boşaldılacaq”, - deyə Tiqran Köçəryan bildirib.