Paşinyanın arvadı müharibə vaxtı Qarabağdakı komanda məntəqəsində nə gəzirdi? | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Paşinyanın arvadı müharibə vaxtı Qarabağdakı komanda məntəqəsində nə gəzirdi?

Siyasət A- A A+

Ermənistanın İstintaq Komitəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibə zamanı hansı əsaslarla Qarabağdakı komanda məntəqəsində-bunkerdə olmasını araşdırır.

Bunu İstintaq Komitəsindən erməni agenyliyi "Faktİnfo"nun sorğusuna cavab verərkən deyiblər.

Agentlik Anna Akopyanın müharibə zamanı hansı əsaslarla bunkerə getməsi, onun hər hansı məxfi informasiyaya sahib olub-olmaması və bu hüququn ona kim tərəfindən verilməsi ilə bağlı sorğu ünvanlayıb. İstintaq Komitəsindən bildirilib ki, istintaq sirri olduğu üçün bu məsələ ilə bağlı geniş məlumat verə bilməzlər.

"Bir sözlə, qurumdan bu məsələnin araşdırma mövzusu olduğu inkar edilmədi, sadəcə ictimaiyyətə məlumat verilməsini məqsədəuyğun hesab etmədilər", - agentliyin məlumatında deyilir.

“Sputnik Armeniya” xatırladır ki, 2020-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan mətbuat konfransında Qarabağdakı müharibə zamanı Anna Akopyanı bunkerdə gördüyünü söyləyib. Erməni general onun monitor qarşısında əyləşərək döyüşlərin qeydə alınmasına baxdığını bildirib. Movses Akopyan eyni zamanda, onun suallar vermədiyini və heç nə söyləmədiyini qeyd edib. Akopyanın sözlərinə görə, Paşinyanın xanımına yaxınlaşaraq onun məntəqədə olmasına ehtiyac duyulmadığını deyib. General əlavə edib ki, bundan sonra Paşinyanın adından onun bunkerdə görünməsi qadağan edilib.

Daha sonra Nikol Paşinyan özü video-müraciətində bildirdi ki, Anna Akopyan Qarabağdakı bunkerə onun tapşırığı ilə baş çəkib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...