Azərbaycan bizim üçün strateji tərəfdaşdır - Rumıniya XİN başçısı | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Azərbaycan bizim üçün strateji tərəfdaşdır - Rumıniya XİN başçısı

Siyasət A- A A+
"Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və bizim ikitərəfli əlaqələrimizin zəngin potensialı var".

Eurasia Diary xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

Diplomat iyunun 25-26-da baş tutacaq Cənubi Qafqaz turu çərçivəsində avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergis ilə birlikdə bu gecə Bakıya gəlib.

"İndicə Bakıda eniş etdik. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərə hazırlaşırıq", - deyə rumıniyalı nazir qeyd edib.

B. Aureskunun sözlərinə görə, səfər Aİ-Azərbaycan qarşılıqlı fəaliyyətinin əhəmiyyətini yenidən vurğulamaq üçün yaxşı imkan yaradır.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...