AŞPA məruzəçisi Azərbaycana gəlir | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


AŞPA məruzəçisi Azərbaycana gəlir

Siyasət A- A A+
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Azərbaycana səfər edəcək.
 
APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq AŞPA məruzəçisi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplayacaq.

Paul Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək. AŞPA məruzəçisi həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, AŞPA məruzəçisi artıq 2021-ci ilin mayında bu hesabatın hazırlanması kontekstində Ermənistanda səfərdə olub.
 
Paul Qavan hesabatını sentyabr ayında təqdim edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...