Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və serbiyalı həmkarı Nikola Selakoviç birgə brifinq keçirir.
Brifinqdən canlı yayımı təqdim edirik:
***
Azərbaycan və Serbiya xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilir.
Eurasia Diary-nin məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində bildirilib.
Qeyd edək ki, Serbiya xarici işlər naziri Azərbaycanda iki günlük rəsmi səfərdədir. O, iyulun 25-də Azərbaycan Prezidenti ilə görüşüb.