Erməni xalqı yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən rəsmi olaraq tanınmasını eşidəcək - Erməni ekspert | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Erməni xalqı yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən rəsmi olaraq tanınmasını eşidəcək - Erməni ekspert

Siyasət A- A A+

Ermənistanda müxalifətin arzusu dövlət çevrilişidir. Bunun üçün onların bütün imkanları, pulları və hətta silahları var.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Qraçya Qalustyan bildirib.

“Üstəlik, onların Moskva kimi himayədarı da var. Kreml həmişə Robert Koçaryana stavka edib, edir və edəcək. Paşinyan isə bütün bunları bilir”, - deyə erməni ekspert qeyd edib.

Qalustyanın fikrincə, hər şey ona doğru gedir ki, erməni xalqı yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən rəsmi olaraq tanınmasını eşidəcək:

“Son zəncirvari hadisələrin gedişatı bunun əyani sübutudur. Paşinyanın Moskvaya səfəri, o cümlədən Azərbaycan prezidentinin Rusiya ilə əlaqələri, Putinin nitqi, sonra isə Əliyevin müsahibəsi… Mariya Zaxarovanın nitqini də yaddan çıxarmaq lazım deyil. Bu amillər çox şeyi izah edir. Orada praktiki olaraq İrəvana ünvanlanmış ultimatum səslənir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...