Ermənistandan ikibaşlı oyun Düşmən Zəngəzura görə plan qurub

Siyasət 13:46 27.07.2021

Eurasia Diary Milli.az-a istinadən xəbər verir ki,

Tez-tez Fransanı, xüsusilə də 44 günlük II Qarabağ müharibəsi vaxtı və postkonflikt mərhələsində Minsk Qrupunun həmsədr üzvü olan ölkənin səfirini Azərbaycanın əleyhinə açıqlamalar verməyə vadar edən Ermənistan höküməti və lobbisi özünə yeni "partnyor" tapıb. ATƏT səviyyəsində verilən mandtadan 30 il ərzində münaqişənin həll edilməsindən başqa bütün məqsədlər üçün istifadə etməyi məharətlə bacaran həmsədrlər Azərbaycanın regiondakı reallığı dəyişməsindən heç də xoşbəxt görünmürlər.

Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının qətnamələrini güc yolu ilə həll edərək işğala son qoyması, beynəlxalq təşkilatların yarıtmaz fəaliyyətlərini ifşa etməklə yanaşı onların ermənipərəst mövqeyini də ortaya qoydu. Artıq Azərbaycan dostunu da, düşmənini də yaxşı tanıyır. Lakin II Qarabağ savaşından sonra Cənubi Qafqaz regionunda mövcudluğu sual altında düşən Ermənistanın növbəti dəfə xilaskarına çevrilən Rusiya (10 noyabr üçtərəfli bəyanatının vasitəçi tərəfi) İrəvandan ard-arda xəyanət addımları görməkdə davam edir. 

Ayırdığı 2.6 milyard avro ilə iqtisadi və siyasi böhran girdabında çabalayan Ermənistana sanki "oksigen balonu" qoşan Avropa İttifaqı faktiki olaraq bu addımla rəsmi İrəvanı satın aldı. Bunun bariz təsdiqi olaraq Aİ tərəfindən Ermənistana ayrılan bu qrantdan sonra əsasən anti-Rusiya mövqeyi ilə seçilən, Qərb mərkəzləri ilə əməkdaşlıq edən şəxslərin istər ölkə idarəçiliyində, istərsə də hərbi rəhbərlikdə vəzifəyə təyin edilməsi, əvəzində rusiyapərəst şəxslər işlərindən uzaqlaşdırılması faktları Ermənistanın müharibə vaxtı Rusiyadan göndərilən tonlarla silah-sursat yardımını asanlıqla unutduğunu deməyə əsas verir. 

Lakin Ermənistanın Rusiyaya xəyanəti bununla da kifayətlənəcək kimi görünmür. Belə ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalını əhatə edən tarixi Azərbaycan ərazisi - S.L.) səfər edib. Kəlbəcərlə sərhəddəki "hərbi hissənin komandiri general-mayor Araik Arutyunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.

Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqini rədd etdiyini vurğulayıb. Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi şəkildə sadiq qaldığını bildirib. O qeyd edib ki, ABŞ tərəfləri ən qısa zamanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırır.

Əslində isə Nikol Paşinyan rejimi bu dəfə ABŞ-ın İrəvandakı səfirini Azərbaycanla sərhəd gərginliyi olan bölgələrə aparmaqla ikibaşlı oyun oynamaq niyyətindədir. Amma Paşinyan bunun çox ciddi səhv olduğunun fərqində də deyil. Sərhəddəki vəziyyəti gərgin saxlamaqla "münaqişə bitməyib" abu-havası yaratmağa çalışan Ermənistan rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ səfirini Azərbaycanla sərhəddə apararaq güya Ermənistan ərazilərinin işğal edildiyini, həmin ərazilərin əslində onlara məxsus olduğunu və təcavüzkar tərəfin Azərbaycan hərbiçiləri olduğu görüntüsünü yaratmaqla Qərb qüvvələrini sərhədlərinə yerləşdirməyə çalışırlar.

Bunun davamı kimi ötən gün Ermənistan tərəfindən Laçın dəhlizi istqamətində döyüşlərin getdiyi barədə verilən dezinformasiya da məhz bu məqsədə xidmət edir. Xüsusilə orada Rusiya sülhməramlılarının gərginliyə müdaxilə etməməsi ilə bağlı ifadələri Ermənistanın Qərb planının tərkib hissəsi idi. Belə ki, bununla İrəvan demək istəyir ki, Rusiya sülhməramlı kontingenti missiyasının öhdəsindən lazımınca gələ bilmir, acizdir. Və bununla da Ermənistan Qərb qüvvələrinin onları bölgədə əvəz etməsi üçün bir zəmin hazırlayırlar.

Heç şübhəsiz ki, bu addımı İrəvan tərəfindən Rusiyaya edilən növbəti xəyanət də adlandırmaq olar. Çünkü 10 noyabr bəyanatı ilə II Qarabağ müharibəsinin bitdiyini elan edən tərəflərdən və bu atəşkəs sazişinin imzalanmasının əsas iştirakçılarından olan Rusiya höküməti son zamanlar istər ikitərəfli görüşlərdə, istərsə də Mariya Zaxarova və Peskov səviyyələrində edilən açıqlamalarla münaqişənin bitdiyini, regionda yeni reallığı qəbul etdiklərini və hər hansı bir status-kvodan, münaqişədən artıq söhbətin getməsinin mümkünsüzlüyü ilə bağlı mesajlar verməkdədirlər.

Lakin bütün bunların fonunda Ermənistan hakimiyyətinin üçtərəfli bəyanatların şərtlərinə zidd hərəkət edərək regionda gərginliyi, müharibə təhlükəsini saxlamaq cəhdləri onların Minsk Qrupunun digər iki üzvü olan Fransa və ABŞ ordusunu regiona gətirmək istəyindən xəbər verir. Şübhəsiz ki, bu vəziyyət Azərbaycanın, Türkiyənin maraqlarına uyğun olmadığı kimi Rusiyanın da planlarına qarşı çıxmaqdır. O ki qaldı, səfirin Azərbaycanla sərhəddə dediklərinə, belə aydın olur ki, ABŞ Zəngəzurda peyda olmaqda maraqlıdır. 

Ermənistan rəhbərliyi bu addımla eyni zamanda Azərbaycan və Rusiyanın ortaq marağı olan Zəngəzur dəhlizinin açılması prosesinə, region üçün yeni nəqliyyat və logistika imkanlarına əngəl olmağa çalışır, həm də daxili auditoriyasını inandırmağa çalışır ki, müstəqil siyasət yürüdür, Moskvadan heç bir asılılığı qalmayıb. Amma iyulun 20-də Moskvada baş tutan Rusiya və Azərbaycan prezidentləri arasındakı görüş də bir daha təsdiq etdi ki, Moskva bu məsələdə Bakının mövqeyini dəstəkləyir və regionun inkişafı və bölgəyə kənar qüvvələrin gəlməməsi üçün Azərbaycanın yaratdığı reallığı qəbul edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Hamısı