Ermənistanın təxribatı - bölgəyə üçüncü qüvvə gətirmək cəhdi ŞƏRH

Siyasət 16:37 28.07.2021

Ermənistan hökuməti, revanşistlər və havadarları yenə erməni ictimaiyyətini aldatmağa çalışırlar. Onlar 44 günlük müharibədə aldıqları zərbənin təsirini azaltmaq, erməni ictimaiyyətinin başını qatmaq üçün Azərbaycanla sərhəddə atəşkəsi pozurlar. Bəs görəsən Ermənistan hakimiyyəti və havadarları niyə sərhəddə pozuculuq fəaliyyəti göstərir?

Deməli, torpaqların 30 il işğalı altında qalması Ermənistanda elə təəssürat yaratmışdı ki, həmin əraziləri Azərbaycan azad etməyəcək, yaxud buna gücü çatmayacaq. Rəsmi İrəvan, erməni lobbisi və havadarları işğal edilən Azərbaycan torpaqlarına dünyanın müxtəlif bölgələrindən, ölkədən erməniləri köçürdülər. Həmin yerlərdə onlara məxsus olmayan təbii sərvətləri talan etməyə başladılar. Bununla da Ermənistan havadarları və sponsorları ilə birlikdə Azərbaycan torpaqlarını özününküləşdirmək istiqamətində çalışırdı. Beynəlxalq vasitəçilər isə rəsmi İrəvanın bu əməllərini görməzliyə vururdular. Azərbaycan tərəfinin ədalətli və haqlı tələblərinə məhəl qoymurdular. Ermənilər və havadarları Ermənistan ordusu və hərbçiləri barədə təbliğat aparır, onun yenilməzliyindən bəhs edirdilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərsə, yeni torpaq itkisi ilə üzləşəcək. Vəziyyət o həddə çatmışdı ki, 2020-ci ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyan və keçmiş müdafiə naziri Azərbaycanı yeni torpaq itkisi ilə hədələmişdi. Onlar 1990-cı illərdə Azərbaycan torpaqlarını öz güclərinə işğal etdiklərini də zənn edirdilər. Ancaq bu da sirr deyil ki, həmin dövrdə Azərbaycan torpaqları Rusiyanın 366-cı motoatıcı alayı, onun hərbi texnikası sayəsində işğal olundu və s.

Hər halda Azərbaycan tərəfi torpaqları işğal altında olan dövrdə Ermənistanın o vaxtkı təmas xəttində atəşkəsi pozmasına cavab verməklə döyüş qabiliyyəti ilə bağlı ismarışlar vermişdi. Mübariz İbrahimovun təkbaşına döyüşü, 2016-cı ilin aprel hadisələri bunu təsdiqləyirdi. 44 günlük müharibə Ermənistan ordusu və onun barəsində yayılan, yaradılan mifi darmadağın etdi. Rəsmi İrəvan kapitulyasiya aktını imzaladı. Ötən 8 ay ərzində Ermənistan yeni ordu qurmaqda çətinlik çəkir. Bu ölkənin ordusu hələ də formalaşmayıb. Ermənistan Müdafiə Nazirliyində hərc-mərclik hökm sürür. Ermənistan hökuməti də ordusu kimi 8 aydır dağınıq və qeyri-müəyyən vəziyyətdədir. Odur ki, rəsmi İrəvan dövlət sərhədində gərginlik yaratmaqla ordusunun itirilmiş “gücü”nü və “qüruru”nu bu kimi avantüra və təxribatlar yolu ilə bərpa etməyə çalışır. Ermənistan ordusunun mövcudluğu görüntüsünü yaratmağa cəhd göstərir. Nəzərə almaq lazımdır ki, iyul ayı ərzində sistematik şəkildə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz, Gədəbəy istiqamətlərində mövqelərini intensiv şəkildə atəşə tutmaqla təxribatlar həyata keçirib.

Əslində, Ermənistan hakimiyyəti bu addımı ilə bölgəyə üçüncü qüvvəni cəlb etməyə səy göstərir. Onsuz da ötən illər ərzində Ermənistan ərazisini Rusiya qoruyub. Görünür, Rusiyanın Ermənistana yardımı azlıq etdiyindən, yaxud Moskvanı ölkədən sıxışdırıb çıxarmaq məqsədilə rəsmi İrəvan ölkəyə başqa qüvvələri yeritməyə çalışır. Qeyd edək ki, Ermənistan hakimiyyəti və siyasiləri 44 günlük müharibə zamanı üçüncü qüvvəni, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını döyüşlərə cəlb etməyə çalışmışdı. Rəsmi İrəvan 10 noyabr bəyanatının üzərinə götürdüyü öhdəliklərinə əməl etməmək üçün də müxtəif təxribatlar yaradır. Ermənistan Azərbaycanla sərhəddə təxribat yaratmaqla erməni ictimaiyyətinin diqqətini ölkədəki sosial böhrandan yayındırmağa da səy edir. Xatırladaq ki, 2021-ci ilin yanvar-may ayları ərzində ölkədən hava yolu ilə 78 min nəfər gedib. Məlumata görə, İrəvandakı “Zvartnos” hava limanından 293 754 nəfər uçub, 232 518 sərnişin Ermənistana qayıdıb. Şirakdakı hava limanından isə hesabat dövründə 30 975 nəfər uçub, 14 209 nəfər qayıdıb. Quru yolu ilə Rusiyaya köç edənlər də var. Ancaq onların rəsmi statistikası hələ açıqlanmayıb. Məlumata əsasən, Ermənistan müstəqil olandan bəri, 30 il ərzində ölkədən 1,6 - 1,7 milyon nəfər imiqrasiya edib.

Beləliklə, rəsmi İrəvan sərhəddə təxribat törətməklə beynəlxalq ictimaiyyəti yenə aldatmağa, “yazıq”, “günahsız”, “həmişə əzilən” erməni xalqı obrazını yaratmağa çalışır. Təkcə onu demək kifayətdir ki, Ermənistan minalanmış torpaqların xəritəsini Azərbaycan tərəfə verəcəyini vəd etmişdi. Ancaq o biri öhdəliklər kimi, rəsmi İrəvan buna da əməl etməyib. Atəşkəsi pozmaqla diqqəti bu məsələdən də yayındırmağa səy göstərir. Odur ki, Ermənistan-Azərbaycan sərhədində erməni hərbçiləri təxribat törədir, atan kazaklar da oradadır.

Sədrəddin Soltan

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı