Rus hərbçiləri ermənilərə yardım aksiyası keçirdi | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Rus hərbçiləri ermənilərə yardım aksiyası keçirdi

Siyasət A- A A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 120-dən çox erməniyə tibbi yardım göstərib.

EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rus sülhməramlıları humanitar-tibbi aksiya çərçivəsində “ucqar yaşayış məntəqəsi”nin sakinlərinə yardım göstəriblər. Onlar ümumi çəkisi 4 tondan çox olan ərzaq və mətbəx avadanlıqlarını Çapar kəndinin əhalisinə veriblər.

Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin Xüsusi Təyinatlı Tibbi Bölməsinin mütəxəssisləri standart pnevmatik çərçivəli çadırda vətəndaşların qəbulunu keçiriblər. Hərbi həkimlər xüsusən terapevtik, cərrahi və oftalmoloji yardım göstəriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...