Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək - ednews.net

5 Dekabr,

Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək

Siyasət A- A A+

Bu gün Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmasında uçuş edəcək.

EDNews.net-in xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) Türkiyə Hava Qüvvələrinin təyyarələri ilə Azərbaycan Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək”, - deyə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...