Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb - ednews.net

5 Dekabr,

Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb

Siyasət A- A A+

11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşü baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən EDNews.net-ə verilən xəbərə görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

EDNews.net-in xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...