Şeyx Ayiş əl-Hüvəyyan Azərbaycan səfirinə xitabən Allaha dua edirəm ki, Azərbaycana kömək olsun

Siyasət 13:11 19.10.2021

Şeyx Ayiş Rəca əl-Hüvəyyan qardaş Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimovun şərəfinə Əmmanın əl-Hüvəyyan məhəlləsində yerləşən əl-Hüvəyyan ailəsinin mərkəzi ofisinin binasında ziyəfət təşkil edib. Bu ziyafətdə Liviyanın İordaniyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

Şeyx Azərbaycan səfirini salamlayaraq Azərbaycanın düşmənləri üzərində qələbə çalması üçün Uca Allaha dua etdiyini, Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzuladığını, Alihəzrət Kral II Abdulla və qardaşı Zati aliləri Prezident  İlham Əliyevin rəhbərliyi altında Azərbaycanla İordaniya arasındakı dostluğun daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan səfiri Eldar Səlimov çıxışında bu səmimi qəbul üçün Şeyx Ayiş əl-Hüvəyyana öz  minnətdarləğını bildirib İordaniya və Azərbaycanı bir-birinə bağlayan mətin əlaqələri vurğulayaraq qeyd edib ki, o özünü İordaniyada, bu məclisdə qərib hesab etmir, belə ki, biz bir ailəyik.

Daha sonra İordaniyalı tarixçi-alim, “Dağlıq Qarabağ və Beynəlxalq hüquq” və “ İordaniya-Azərbaycan əlaqələri” kitablarının müəllifi  Ömər əl-Armuti çıxış edərək  Azərbaycan səfirini salamlayıb və bildirib ki, biz İordaniyadan Azadlıq müharibəsinin qəhrəmanı, Azərbaycanın mübariz və müzəffər rəhbəri Zati aliləri Prezident  İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi qəlbdən salamlayıb Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi uğurunda mübarizədə əldə etdiyi qələbəsinin bir illiyi münasibətilə təbrik edirik. Ömər əl-Armuti Alihəzrət Kral II Abdulla və qardaşı, Alihəzrət Kral II Abdullanın və İordaniyanın böyük dostu  Zati aliləri Prezident  İlham Əliyevin rəhbərliyi altında İordaniya- Azərbaycan əlaqələrinin möhkəmliyinə əmin olduğunu qeyd edib.

Ziyafətdə İordaniya kübar ailələrinin başçıları, Vəqflər nazirliyinin Baş qazi idarəsinin, Fətva idarəsinin məsul işçiləri və Azərbaycan Respublikasının İordaniyadakı səfirliyinin əməkdaşlarından ibarət çoxsaylı qonaq iştirak edib.

Tədbirin sonunda Şeyx Ayiş əl-Hüveyyan Ömər əl-Armutinin hazırladığı “Ötən günlər” - Şeyx Ayiş Rəca əl-Hüveyyanın xatirələri” kitabını Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimova hədiyyə edib.

Tərcümə etdi: Həşim Məmmədov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı