Dünyanın gözü Füzulidə! Əliyev və Ərdoğan Qarabağın hava qapısının açılışını edəcək

Siyasət 10:30 26.10.2021

İşğaldan azad olunmuş ərazimizdə qısa müddətdə inşa olunan hava limanı möhtəşəm tədbirə ev sahibliyi edəcək; Qarabağın azadlığı əməliyyatında Azərbaycanın yanında olan qardaş ölkə bərpa prosesində də burdadır; “Tək millət-tək dövlət” konsepsiyası reallaşır; Əliyev-Ərdoğan görüşündə mühüm anlaşmalar əldə oluna bilər; ekspertlərdən ilginc açıqlamalar

Oktyabrın 26-da Azərbaycan növbəti tarixi hadisələrə şahidlik edəcək. Belə ki, bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək və törəndə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək ki, bu da günün önəmini və tarixi əhəmiyyətini daha da artırır.

Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi ölkə xaricində də hər kəsi heyrətləndirib. Ermənilərin 30 ilə yaxın müddətdə ancaq xaraba qoyduqları, hətta Xocalıdakı hava limanını belə, istifadəyə vermək imkanlarından məhrum edilməsinin ardınca Azərbaycanın qısa müddətdə xarüqələr yaratması dost və qardaş ölkələri məmnun, düşmənləri pərt edib. Qarabağa aparan yolda daim Azərbaycanın yanında olan Türkiyə lideri məhz belə bir tarixi gündə də Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılmaqla həm də tarixi ilkə imza atacaq – Qarabağa birbaşa uçuş həyata keçirən xarici ölkənin prezidenti olaraq! R.T.Ərdoğan bir neçə gün əvvəl Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman “oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, demişdi. Türkiyə dövlət başçısı bildirmişdi ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb: “Bu mövzu ilə bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”.

Beləcə, o an yetişdi, bu gün təkcə Azərbaycan və Türkiyənin deyil, regional ölkələrin, o cümlədən güc mərkəzi olan ölkələrin paytaxtlarının “gözü” Qarabağda olacaq. 2020-ci ilin 10 dekabr Zəfər Paradından və 15 iyun Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu, Türkiyə Prezidentinin Azərbaycanda qatıldığı 3-cü möhtəşəm tədbir olacaq. Artıq düşmən də anlayır ki, R.T.Ərdoğanla İlham Əliyevin Qarabağda imzaladıqları sənədlər, atdıqları təməllər, etdikləri açılışlar Türk Dünyasının sərhədlərini daha da genişləndirir və “artsax” ideyasının qəbrini daha da genişləndirir, dərinləşdirir. Türkiyə-Azərbaycan ittifaqı artıq qardaşlıqdan da irəli bir hal alıb, “Tək millət-tək dövlət” konsepsiyası durumuna gəlib çıxıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən ilk meqalayihənin açılışına saatlar qalmış Ankaradan uçan Türkiyənin A400M nəqliyyat təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına endiyi xəbəri yayıldı.

“TRT Haber”in Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı hazırladığı materialda qeyd olunub ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”. Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək. “İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpaqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

“Anadolu” agentliyi isə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana edəcəyi qısamüddətli işgüzar səfərin proqramı açıqlanıb.

Türkiyə Prezidenti Administrasiyasının bu barədə yaydığı rəsmi məlumatda deyilir: “Hörmətli Prezidentimiz Azərbaycan Prezidenti hörmətli Əliyevlə birlikdə Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə qısa müddət ərzində tamamlanan Beynəlxalq Hava Limanının açılışı ilə bölgədə yeni avtomobil yolunun və Zəngilanda Türkiyənin də iştirakı ilə inşa ediləcək Ağıllı Aqrokompleksin təməlatma mərasimlərində iştirak edəcəklər. Səfər sırasında aparılacaq müzakirələrdə Türkiyə-Azərbaycan münasibətləri bütün yönləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı aktual regional və beynəlxalq hadisələr haqqında da fikir mübadiləsinin aparılması nəzərdə tutulur”.

Nəzərə çatdıraq ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək və Azərbaycan lideri də mötəbər tədbirə qatılacaq. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter hesabında yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək. “Cənab Prezident İlham Əliyevin ”Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah – oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik”, – səfir bildirib. Türkiyə Prezidentinin ənənəvi qaydada paytaxt Bakıya deyil, birbaşa Füzuli rayonu ərazisində inşa olunan hava limanına enməsinin həm də rəmzi mənası var. Qüdrətli Türkiyə dövləti bununla ilkə imza atmaqla yanaşı, həm də Azərbaycan torpaqlarına iddiası olanlara ciddi mesajını vermiş olur. Eyni zamanda cənab Ərdoğanın Füzuli Hava Limanına enişi böyük turizm potensialı olan Qarabağın xarici ölkələrdə cəlbediciliyinin artması, buraya birbaşa səfər etmək istəyənlərin sıralarının genişlənməsi baxımından önəmli əhəmiyyət kəsb edir. Bu gedişlə bir müddət sonra xarici qonaqlar mədəniyyət paytaxtımız olan Şuşaya, həmçinin digər bölgələrə səfər etmək üçün Bakıya gəlməyə ehtiyac duymayacaqlar. Cənab Ərdoğanın səfəri Füzuli Beynəlxalq Hava Limanının təhlükəsizliyinin yüksək səviyyədə olmasını təsdiqləyən daha bir faktora çevriləcək heç şübhəsiz.

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında 26 oktyabr mərasiminin böyük önəmindən bəhs etdi:

“Türkiyə Prezidenti cənab Ərdoğanın Qarabağa növbəti səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılış tədbirinə qatılması çox mühüm və beynəlxalq səviyyədə dünyaya verilən bir mesajdır. Bu, Türkiyə Prezidentinin Qələbədən sonra üçüncü səfəridir. Zənnimcə, bu səfər də daxil olmaqla, münasibətlərimiz Azərbaycan və Türkiyə arşında yaranan siyasi ittifaqın təzahürüdür. Məlumdur ki, Türkiyə Prezidentinin təklifi ilə 6-lıq platformanın yaradılması ideyası regional və qlobal təhlükəsizliyə təhdidin qarşısını ala biləcək mühüm amildir. Bu, ilk növbədə Ermənistanın xeyrinə ola bilməklə yanaşı, 6 dövlətin hər biri üçün labüddür. Dəhlizlərin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, hətta sərhədlərin açılması ehtimalı da burada öz həllini tapa bilər. Məlumdur ki, 44 günlük müharibədə Türkiyə Azərbaycanı mənəvi-psixoloji cəhətdən dəstəkləməklə, eyni zamanda Prezident İlham Əliyevin apardığı informasiya müharibəsində də tam dəstək nümayiş etdirdi. Qardaş ölkə NATO blokuna daxil olan dövlət olmaqla, istər Türk və müsəlman dünyasında, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarda da mənəvi-siyasi dəstək nümayiş etdirdi”. A.Nağıyev qeyd etdi ki, Türkiyə-Azərbaycan münasibətlərində hər iki dövlətin liderlərinin şəxsi münasibətlərinin də rolu mühümdür: “Nə qədər desələr də ki, xarici siyasətdə dostluq ümumi maraqlardan başlayır, bizim timsalımızda göstərə bildik ki, dostluq və qardaşlıq münasibəti də mümkündür və ”iki dövlət, bir millət” olmaq da mümkündür. Azərbaycanın qələbəsi bunu bir daha möhkəmlətdi və Bakı və Ankara arasındakı münasibəti artıq beynəlxalq meqalayihələrin icrasına, logistika, turizm, birgə platformaların yaradılmasına yönəltdi. Artıq bunun gerçəkləşməsinin şahidi oluruq və yaxın zamanlarda da olacağıq”.

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli təsdiqlədi ki, həm Füzuli Beynəlxalq Hava Limanının açılışı, həm də Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyətə malik hadisələrdir: “Mövcud şəraitdə qardaş ölkələrimizin bir-birinə daha çox ehtiyacları var. Türkiyə-Azərbaycan birliyi Türk Dünyasının təməl ideoloji, siyasi və iqtisadi sütunlarını təşkil edir. Bu sütunların möhkəmliyi və qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunan nəticələrin cazibədarlığı digər türk dövlətlərinin və dost ölkələrin prosesdə iştirakı baxımından həlledici önəm kəsb edir. Məhz bu baxımdan, dəyərli dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu gün həyata keçirdikləri missiya, tarixi kökləri minilliklərə bağlı, amma 103 il bundan öncə siyasi müstəvidə başladılmış və qlobal geosiyasi dəyişikliklər səbəbindən həyata keçirilməsi mümkün olmayan taleyüklü bir prosesin həyata keçirilməsinə xidmət edir. Hər iki lider təkcə öz vətəndaşlarının, ölkələrinin deyil, bütövlükdə türk dövlət və topluluqlarının, regionda yaşayan xalqların uzunmüddətli və dayanıqlı təhlükəsizliyinə, rifahına xidmət edən tarixi bir prosesə rəhbərlik edirlər”. E.Mirzəbəyli mühüm anlaşmaların əldə olunacağını istisna etmir: “Rəcəb Tayyib Ərdoğanın Vətəndən – Vətənə növbəti səfəri çərçivəsində imzalanacaq sənədlər barədə məlumat verilməsə də, qənaətimə görə, bölgənin logistik imkanlarının artırılmasına, nəqliyyat dəhlizləri ilə bağlı bəzi təşəbbüslərin hüquqi status qazanmasına xidmət edəcək anlaşmaların elan ediləcəyi gözləniləndir. Azərbaycan və Türkiyə prezidentlərinin Füzulidən bölgəyə və dünyaya verəcəkləri mesajların da olduqca önəmli olacağını düşünürəm. Çox güman ki, bölgəsəl sülh prosesi, həmçinin regional əməkdaşlıq formatı ilə bağlı da önəmli açıqlamalar veriləcək və Cənubi Qafqazda, həmçinin daha geniş subregionda davamlı əməkdaşlıq formatlarının perspektivi ilə bağlı bəzi məqamlara da aydınlıq gətiriləcək”.

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Türkiyə liderinin Qarabağa səfərinin böyük əhəmiyyətindən bəhs etdi: “Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki bir neçə saatlıq səfəri də istər region dövlətlərinin, istərsə də bölgə ilə maraqlanan qüvvələrin çox ciddi marağındadır. Hələ bu da son deyil, 5 gündən sonra Qafqazla, konkret olaraq Qarabağla bağlı İtaliyada Ərdoğan-Bayden müzakirələri də bir sıra məsələlərə daha çox aydınlıq gətirəcək. Ona görə də Türkiyə Prezidentinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış törəni də bir növ Roma görüşü öncəsi sayın Ərdoğanın Baydenin nəzər-diqqətinə çatdırmaq istədiyi önəmli məsələlərin anonsu baxımından diqqətləri bölgəyə yönəldib. 10 dekabr Zəfər Paradında və 15 iyun Şuşa Bəyannaməsi imzalanan vaxt səsləndirilən aydın və net mesajların daha da dərinləşmiş konturlarını eşidə və görə bilərik. Bir neçə ay öncə iki qardaş dövlət başçılarının Qarabağda imzaladıqları sənədlər, atdıqları təməllər, etdikləri açılışlar təkcə kağız üzərində deyil, həmçinin reallıqda çox önəmli addımların bundan sonra da olacağı anlamına gəlir”.

Hərbi ekspert digər məqama da toxundu: “O fikirlə də tam razıyam ki, Türk Dünyasının sərhədləri daha da genişlənir və bədnam separatçıların və onların uzaq-yaxın havadarlarının ”artsax” ideyası birdəfəlik cəhənnəmə vasil olur. Bu möhtəşəm tarixi məqamın rəsmiləşməsində də Azərbaycanla yanaşı bir sıra dünya güclərinin, ələlxüsus da qardaş Türkiyənin siyasi-hərbi rəhbərliyinin danılmaz xidmətləri və zəhmətləri var. Hörmətli Rəcəb Tayıb Ərdoğanın budəfəki Qarabağ səfəri də bir çox maraqlı qüvvələrə açıq siyasi və hərbi çalarlarla zəngin bir mesajdır. Harada Azərbaycan varsa, orada Türkiyə var və olacaq, harada Türkiyə mövcuddursa, orada Azərbaycanımızın beynəlxalq hüquqla tanınan haqları müdafiə olunacaq”. Ü.Cəfərov qeyd etdi ki, bu səfərdən gözləntiləri çox böyükdür: “Yaxın aylarda bu səfərlərin nəyə və hansı məqsədlərə hesablandığının şahidi olacağıq. Bölgədə bir sıra mühüm iqtisadi-siyasi, həmçinin hərbi əməkdaşlığın inkişafına hesablanmış addımlar atılacaq. Hadisələri qabaqlamaq istəməzdim, amma qeyd etmək istərdim ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı yaxın müddətdə çox böyük dəyişikliklərə məruz qalacaq. Yəni müsbət mənada çox pozitiv işlərin şahidi olacağıq”.

Beləcə, Qarabağın işğaldan azad edilməsi prosesində can Azərbaycanın yanında olan qardaş Türkiyə bu gün bərpa və yenidənqurma dönəmində də buradadır, yanımızdadır. Füzulidəki möhtəşəm açılışa saatlar qalmış Azərbaycan Prezidenti Qubadlıda səfərdə idi. Azərbaycanın ürəyi Qarabağla döyünür…

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Hamısı