Ermənilər Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar - ednews.net

3 Dekabr, Cümə

Ermənilər Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar

Siyasət A- A A+

Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatlara başlamaq imkanları erməni ekspertləri narahat edir.

EDNews.net xəbər verir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması Azərbaycanın növbəti dəfə hərbi qüdrətindən istifadəni aktuallaşdırıb.

Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar.

İranşünas Vardan Voskanyan bildirib ki, Azərbaycan 10 noyabr bəyanatının tələblərinin icrası üçün Zəngəzura hərbi müdaxilə edə bilməz, “belədə İran dərhal məsələyə qarışacaq”.

Digər erməni ekspertlər də Ermənistan ərazisinin KTMT çərçivəsində Rusiyanın himayəsi altında olduğunu əsas gətirərək, Azərbaycanın buna risk etməyəcəyini iddia ediblər.

Bütün bunlar isə Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin icrasından yayınması imkanlarının, imzasından imtina “manevrinin” olmasına xidmət edir.

Ancaq üçtərəfli bəyanatların zəmanətçisi Rusiya lideri Putindir. Putin isə 2016-cı ilin aprelində torpaqları qaytarmaq öhdəliyi götürən, ancaq əməl etməyən Ermənistan rəhbərliyinin xəyanətinə görə 44 günlük müharibədə seyrçi qaldı.

Eyni halın təkrarlanmayacağına erməni ekspertlər də əmin deyillər. Ona görə də Ermənistan KTMT üzvü olsa da, “yardıma” İranı çağırırlar və Zəngəzur məsələsində Tehranın “hərbi müdaxiləyə” imkan verməyəcəyinə “ümid” edirlər...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...