ABŞ səfiri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün təşkil olunmasını yüksək qiymətləndirib - ednews.net

27 Noyabr, Şənbə

ABŞ səfiri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün təşkil olunmasını yüksək qiymətləndirib

Siyasət A- A A+

“ABŞ münaqişəsinin həllində tərəflərin bir araya gəlməsi, məsələnin danışıqlar yolu ilə həll edilməsi məqsədinə sadiqdir”.

EDNews.net-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir ABŞ-ın bu istiqamətdə hələ də aktiv rol həyata keçirdiyini bildirib: “Mina xəritələrinin mübadiləsi məsələsində ABŞ çox aktiv rol oynayıb. Eyni zamanda Nyu-Yorka həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib. Bu görüşün təşkil olunmasını yüksək qiymətləndiririk. Bu o deməkdir ki, biz tərəfləri bir araya gətirmək üçün fəaliyyətimizi davam etdiririk ki, birlikdə sülh prosesinə öz töhfəmizi verək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...