İlham Əliyev sözü heç zaman əbəs yerə demir - Erməni ekspert - VİDEO - ednews.net

22 Yanvar, Şənbə

İlham Əliyev sözü heç zaman əbəs yerə demir - Erməni ekspert - VİDEO

Siyasət A- A A+

“Azərbaycan Prezidenti İlham Əliyev onunla məşhurdur ki, heç zaman sözü əbəs yerə demir”.

Bu sözləri “Esse TV” “YouTube” kanalında yayımlanan “Ekspertlər klubu” verilişində erməni hərbi ekspert Van Ambartsumyan deyib.

Zəngəzur dəhlizi ilə bağlı fikir səsləndirən erməni ekspert Azərbaycanın bu məsələdə istədiyini aldığını qeyd edib:

“Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Mən isə sizə deyim ki, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü əbəs yerə deməməsi ilə məşhurdur. Düzdür? Bu faktdır”, - deyə Ambartsumyan bildirib.

O, həmçinin bildirib ki, Ermənistanın belə rəhbərliyi olduğu müddətdə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...