“Kapitulant Nikol Ermənistanı daxildən partlatmaq üçün öz sui-qəsd kampaniyasını fəal şəkildə davam etdirir”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan yazıb.
Onun sözlərinə görə, Paşinyan keçmiş hakimiyyət nümayəndələrinə və xüsusilə prezidentlərə qarşı yalan cinayət işlərinin, saxta ittihamların, böhtanların nümayişkəranə “parad”ı ilə cəmiyyətin birliyini dağıdıb və ordunu ruhdan salıb.
“Nikol İlham Əliyevin növbəti istəyini yerinə yetirir”, - deyə Zakaryan qeyd edib.