Zaxarova təsdiqlədi - Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır - ednews.net

2 Dekabr, Cümə axşamı

Zaxarova təsdiqlədi - Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır

Siyasət A- A A+

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaqla bağlı vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib.

EDNews.net-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Mən təsdiqləyə bilərəm ki, Ermənistan Yerevanla Ankara arasında münasibətlərin normallaşması üçün Moskvaya müraciət edib. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır və dəfələrlə bu barədə bəyan edib. Rusiya hətta iki ölkənin münasibətlərinin normallaşması prosesinə səy göstərib. Bizim ölkə bundan sonra da yardım etməyə hazırdır. Bu prosesə başlanılması şübhəsiz ki, bütün regionda cəmiyyətin sağlamlaşmasına və mehriban qonşuluq və etimad mühitinin formalaşmasına kömək edərdi. İndi bu xüsusi ilə aktualdır. Bu istiqamətdə yeni məqamlar olacağı təqdirdə sizi məlumatlandıracağıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...