Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb - Əziz Səncər - ednews.net

19 Yanvar, Çərşənbə

Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb - Əziz Səncər

Siyasət A- A A+

"Sonuncu dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. 2017-ci illə indiki elm arasında müqayisə aparmağım mümkün deyil. Buna səbəb indiki səfərimdə elm adamları ilə görüşməməyimdir".

EDNews.net xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində "Postpandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki səfərində hər kəsi düşündürən yalnız Qarabağ problemi var idi: "Bu gəlişimdə Qarabağın azad olunması var və bu, hər kəsdə özünəinam yaradıb. Təbii ki, bu azadlıq elmi iş üçün də önəmlidir. Ümid edirəm ki, bu, elmə də təsir edəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...