Ermənistan Rusiya üçün hərbi marağını itirir - Tofiq Zülfüqarovdan TƏFƏRRÜAT - ednews.net

28 Yanvar, Cümə

Ermənistan Rusiya üçün hərbi marağını itirir - Tofiq Zülfüqarovdan TƏFƏRRÜAT

Siyasət A- A A+

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Rusiya üçün niyə əhəmiyyətini itirir? Başa düşmək lazımdır ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu iki komponentdən ibarətdir - Gümrüdəki hərbi hissə və İrəvandakı aviqrup”. 

EDNews.net xəbər verir ki, bunu eks xarici işlər naziri Tofiq Zülfüqarov özünün “Facebook” hesabında yazıb.

Onun fikrincə, sadalananlardan birincisi “müvəqqəti dislokasiya məntəqəsi” əsasında ağır texnika punktu formalaşdırmaqdır.

Bu, Avropada Adi Silahlar üzrə Müqaviləyə uyğun olaraq cinah məhdudiyyətləri ilə nəzərdə tutulan qüvvələrin tərkib hissəsidir. 

Təxminən 80 vahid həcmində olan bu ağır texnika güvələnli vəziyyətdə idi və şəxsi heyətlə təmin edilib.

Sonra Gürcüstandan çıxarılan hərbi texnikanın bir hissəsi, o cümlədən hava hücumundan müdafiə sistemləri əlavə edilib:

“2013-cü ildə “İskəndər M” zərbə sistemləri yerləşdirildi. Hava qrupu “MİQ-29” qırıcıları və bir neçə helikopterlə silahlanıb. Beləliklə, Ermənistandakı bütün silahlardan ən təsirlisi “İskəndər”lərdir ki, onlar da nüvə başlıqlarının daşıyıcısı olmadıqları üçün çox nisbi hərbi əhəmiyyətə malikdirlər... Təhlillərimizə “S-300” hava hücumundan müdafiə sistemlərini Türkiyəyə Rusiyanın satdığını da əlavə etsək, məlum olur ki, Kreml özünün “İskəndər” və “MİQ”lərini Türkiyəyə qarşı istifadə etmək niyyətində deyil. 

Deməli, Rusiyanın Ermənistandakı hərbi infrastrukturunun heç bir anti-Türkiyə və anti-NATO strateji-taktiki oriyentasiyası yoxdur. Bu infrastrukturun həmişə yalnız “imic” vəzifələri olub ki, Ermənistanın “Qərbə” getməsini nəzərə alsaq, öz aktuallığını itirəcək.

Odur ki, Cənubi Qafqazda vəziyyətin inkişaf perspektivlərini dəyərləndirərkən, Rusiya Federasiyasının hərbi infrastrukturunun yalnız Gürcüstanın Rusiya ilə coğrafi əlaqəsi olan bölgələrində qorunub saxlanıla biləcəyini güman etməliyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...