Qazaxıstanda matəm günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.
Bu barədə EDNews.net-ə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Qazaxıstanda ilin əvvəlindən baş vermiş hadisələrlə əlaqədar olaraq 10 yanvar matəm günü elan edilib.