"Bugünkü çağırışlar, Qazaxıstan ətrafında baş verən hadisələr, səbəbi bizə bəlli olmayan və gələcəkdə bizi gözləyə bilən yeni təhlükələr onu göstərir ki, Azərbaycan-Türkiyə dayanışması, bu mütəffiqlik çox gözəl bir örnək kimi bütün Türk dünyasını əhatə etməlidir".
EDNews.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib.
Nazir müavini həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu da vurğulayıb.
“Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb”.
O, Azərbaycan üçün 1990-cı illərin çətin illər olduğunu xatırladıb.
X.Xələfov bu barədə “30 ildə haradan başladıq və hansı zirvələrə yüksəldik”,- deyə qeyd edib.